Qobustanda kişi həddən artıq spirtli içki içib ÖLDÜ

24.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Qobustanda kişi ifrat dərəcədə spirtli içkidən ölüb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nabur kəndində baş verib.

Kənd sakini 38 yaşlı S.Alpaşayev sərxoş vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, kişi həddən artıq spirtli içki qəbul edib. Nəticədə S.Alpaşayevin ürəyi partlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью