Qobustanda nənə və nəvə dəm qazından boğularaq ölüb

10.02.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qobustanda bədbəxt hadisə baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, nənə və nəvə həyatını itirib.

Hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Qızbacı Mədətova və nəvəsi 2013-cü il təvəllüdlü Gülmalı Mədətov hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью