Qobustanda odlu silahlar aşkarlandı

26.02.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qobustan Rayon Polis Şöbəsinə şəhər ərazisində odlu silah-sursat tapılması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, əraziyə baxış keçirilərkən oradan 7 ədəd müxtəlif markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Aşkar olunmuş silahlar müvafiq ekspertizaya göndərilib. 

Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью