Qobustanda qar səbəbindən YOL PROBLEMİ: “Gedib gəlmək çətindir, sürücülər ehtiyatlı olsunlar“

15.01.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Qobustan rayonunda güclü qar yağması səbəbindən dağ kəndlərinə gedən yollarda hərəkət çətinləşib.

Səhər saatlarından etibarən xüsusilə Sündü-Xilmilli istiqamətində yolun 7 və 12-ci kilometrliyində buzlaşma müşahidə olunur. Mövcud vəziyyət bəzi sürücülər üçün problemlər yaradıb.

"Yol qarlı, buzludur. Gedib-gəlmək çox çətindir. İnsanlar ehtiyatlı olsunlar", - deyə sürücülərdən biri qeyd edib.

Məsələ ilə bağlı 7 saylı Yol İstismar İdarəsinin sahə rəisi Novruz Novruzov bildirib ki, hazırda yollarda yaranan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülür. Onun sözlərinə görə, əraziyə texnika və canlı qüvvə cəlb olunub, yola qum və duz qarışığı səpilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью