Qobustanda saxlanılan 2 nəfərlə bağlı ŞOK DETAL İrandan gətirib...

03.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Qobustanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Yeni Sabah xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev tutulublar. Onlardan ümumilikdə 3 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. pizza hut

Araşdırmalar zamanı saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью