Qobustanda üç maşın bir birinə çırpıldı, tələbələrdən biri… VİDEO

12.11.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı-Ələt yolunun Qobustan qəsəbəsindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 11-də günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “Nissan” markalı 99-BM-122 və “Mercedes” markalı 99-CN-658 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Qəzaya səbəb düzgün ara məsafəsinin saxlanılmaması olub. Keçiddən piyadanın son anda görünməsi ilə “Mercedes” sürücüsü qəfil dayanıb və qəza baş verib.

Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib, “Mercedes”də olan sərnişin tələbə başından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью