“Qoca sinyora” “mafiozlar”ı əliboş yola saldı

02.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasının mərkəzi qarşılaşmasında "Yuventus" "Napoli"ni qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, gərgin gedişatı ilə diqqət çəkən matç Turin klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İlk hissəsi qolsuz bərabərliklə yekunlaşan oyunun ikinci yarısında meydan sahibləri təzyiqi artırıblar. 70-ci dəqiqədə Edon Jeqrovanın dəqiq pasını qola çevirən Kerim Alaybekoviç "Yuventus"u önə keçirib. Qoldan cəmi 5 dəqiqə sonra, yəni 75-ci dəqiqədə "Napoli"nin futbolçusu Luka Marianuççi qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. pizza mizza

Ədədi üstünlükdən istifadə edən turinlilər 87-ci dəqiqədə matçda son nöqtəni qoyublar. Andrea Kambiasonun ötürməsini Jeremi Boka tora qovuşduraraq, "Yuventus"un 2:0 hesablı parlaq qələbəsini rəsmiləşdirib.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью