Qocalığı yaxına buraxmıram Xalq artisti

31.08.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Özümü 50 yaşında kişi kimi hiss edirəm".

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu 87 yaşlı Xalq artisti Tariyel Qasımov deyib.

Aktyor özünü qətiyyən qoca hiss etmədiyini bildirib: Pepperoni pizza

"Qocalığı yaxına buraxmıram. Əgər bir balaca hiss etsən ki, qocalırsan, onun qarşısını almaq olmur. İstədiyim yerə maşınla gedirəm, maşını özüm idarə edirəm. Mən 50 yaşlı kişilərlə hərtərəfli yarışa girirəm. Özümü hərtərəfli gənc hesab edirəm. Bunun özü böyük xoşbəxtlikdir. Allaha qurban olum, mənə bu yaşda belə bir sevinc bəxş edib".

T.Qasımov xəmir xörəklərini sevmədiyini də vurğulayıb:

"Amma hərdən bir xəngəl yeyirəm".

Xalq artisti Tariyel Qasımov uzun illərdir Ağstafa rayonunda yaşayır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью