Qocalıqda da qartal kimi görmək mümkündür | Icma.az
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Rəqəmsal cihazların artan istifadəsi göz sağlamlığına mənfi təsir edir.
Uzun müddət ekran qarşısında olmaq göz yorğunluğu, quruluq və bulanıq görmə kimi problemlərə səbəb ola bilər.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, mütəxəssislər isə bu problemlərin qarşısını almaq üçün sadə və effektiv üsul təklif edir: göz yoqası.
Göz yoqası nədir? Göz yoqası, göz əzələlərini gücləndirmək və rahatlaşdırmaq üçün xüsusi məşqlərdən ibarətdir.
Bu üsul göz yorğunluğunu azaldır, görmə qabiliyyətini artırır və ekran istifadəsinin mənfi təsirlərini minimuma endirir.
Göz yoqasının faydaları Mütəxəssislər qeyd edir ki, göz yoqası göz əzələlərini rahatlaşdıraraq quruluq, sancma və yorğunluq kimi problemlərin qarşısını alır.
Həmçinin elmi araşdırmalar göstərib ki, göz yoqası uzun müddət ekran qarşısında olan insanlarda göz yorğunluğunu 50%-ə qədər azalda bilər.
Göz yoqası necə edilir? Yuxarı-aşağı hərəkət: Gözlərinizi yuxarı və aşağı hərəkət etdirin, 5-10 dəfə təkrarlayın.
Tam oxu
Xəbəri oxu