Qocalma prosesini ləngidən giləmeyvə Açıqlandı

21.07.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qaragilə orqanizmdə qocalma prosesini ləngitməyə kömək edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Anton Polyakov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu giləmeyvənin tərkibində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyan və orqanizmdə iltihabi prosesləri azaldan antosianlar (güclü antioksidantlar) var:

“Antosianlar eyni zamanda damarları möhkəmləndirdiyi üçün ürək-damar xəstəliklərinin profilaktikasında müstəsna rol oynayır”.

Həkim əlavə edib ki, qaragilə sümük toxuması və qan dövranı üçün vacib olan K vitamini, görmə qabiliyyətini yaxşılaşdıran A vitamini, həmçinin gözləri yaşla bağlı dəyişikliklərdən qoruyan lyutein maddəsi ilə də zəngindir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью