Qocalmanı sürətləndirən 2 QİDA

21.05.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Diyetoloq Sandra Monino bəzi qidaların qocalmanı sürətləndirdiyini bildirib.

News24.az xəbər verir ki, Monino hər şeydən əvvəl şəkərdən və təmizlənmiş undan imtina etməyin vacibliyinə diqqət çəkib.

“Onlardan istifadə edən insanlar daha yaxşı yeyənlərə nisbətən daha tez hərəkətsiz və yataq xəstəsi olacaqlar”, – deyə o bildirib.

Həkimin sözlərinə görə, düzgün qidalanma təkcə insanın görünüşünə deyil, ümumilikdə sağlamlığına da təsir edir. Yaşlanmağı yavaşlatmaq üçün həkim pəhrizə yalnız çox miqdarda protein, vitamin, kalsium və digər mineralları ehtiva edən təbii məhsulları daxil etməyi tövsiyə edib. Sonda Monino sağlam pəhrizə idman əlavə etməyi də məsləhət görüb./Medianews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью