Qocalmanı yavaşlatmağın YOLLARI

20.07.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Həkim və kardioloq Olqa Şestova qocalmanı yavaşlatmağın yollarından danışıb.

Redaktor.az bu haqda life.ru-ya istinadla məlumat verir.

Onun sözlərinə görə, insanın yaşı pasport, bioloji və sosial olmaqla üç kateqoriyaya bölünür. Bioloji yaşı yoxlamağın yollarından biri tarazlıq testidir. Belə ki, insan yarım dəqiqə ərzində bir ayağının üzərində tarazlığını itirmədən dayana bilirsə, bu, onun motor funksiyalarının yaxşı olduğunu göstərir.

Mütəxəssis beyni cavan saxlamaq üçün onu daim məşq etdirməyi tövsiyə edir. Onun sözlərinə görə, rəqs həm zehni, həm də fiziki fəaliyyəti stimullaşdıran ideal vasitələrdən biridir.

Şestova qidalanmada tərəvəz və meyvələrə üstünlük verməyi, həmçinin qida rasionunda liflə zəngin məhsulların olmasını vacib hesab edir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью