Icma.az, News24 portalına istinadən məlumat verir. Siçanlar üzərində aparılan araşdırma beynin qan damarlarını əhatə edən zülalların yaşlanm
Stenford Universitetinin alimləri müəyyən ediblər ki, bu selikli baryer zəiflədikdə beyin toxumasına zərərli molekulların daxil olmasına imk
Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.News24.az xəbər verir ki, tədqiqat qan damarlarının daxili səthini örtən və “mucinlər”
Mucinlər su ilə dolu gelə bənzər təbəqə yaradır və qan-beyin baryerinin bütövlüyünü qorumaqda mühüm rol oynayır.
Lakin insan yaşlandıqca bu baryerin zəiflədiyi müşahidə olunur.Nobel mükafatlı kimyaçı və tədqiqatın aparıcı müəllifi Karolin Bertozzi mucinlərin funksiyasına diqqət çəkərək onların bədəndə mühüm, lakin az öyrənilmiş bir sistemin tərkib hissəsi olduğunu vurğulayıb.Araşdırmanı aparan Stenford Universitetinin tədqiqatçıları siçanlarda beyindəki glikokalikslə zəngin təbəqəni müşahidə ediblər.
Cavan siçanların beyin damarlarını əhatə edən mucinlər qalın və bütöv halda olsa da, yaşlı siçanlarda təbəqənin seyrəkləşdiyi və struktur bütövlüyünü itirdiyi müəyyənləşib.
Bununla yanaşı, mucinlərin sintezi üçün lazımi fermentlərin aktivliyinin yaşlı siçanlarda azaldığı aşkar olunub.
Əldə edilən nəticələr göstərib ki, bu fermentlərin fəaliyyətinin gen terapiyası vasitəsilə gücləndirilməsi qan-beyin baryerində sızmanı azaldıb, yaşlı siçanların yaddaş və öyrənmə testlərində daha yaxşı nəticə göstərməsinə səbəb olub.Bu tapıntılar qocalma ilə əlaqəli beyin xəstəliklərinin müalicəsində yeni strategiyaların inkişafına töhfə verə bilər.