Qocaman aktyor kasıblıqdan şikayətlənir: Pulum bitir, əgər sentyabradək...

23.05.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyinə qan sızdıqdan sonra "Kızılçık şərbəti" serialından ayrılan qocaman aktyor Settar Tanrıöğen sağlamlığına qovuşsa da, indi də maddı sarıdan əziyyət çəkir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü məlumat verib. 

Aktyor bildirib ki, artıq ehtiyat pulu tükənmək üzrədir: “Pul bitmək üzrədir. Sentyabr və ya Yeni ilə qədər bir təklif gəlsə, vəziyyətdən çıxarıq. Ölümün astanasından qayıtdım. Beyin qanamasından sağalan demək olar ki, yoxdur. Amma yaxşıyam, Allaha şükür. Tam sağalmağıma az vaxt qalıb". 

Ləman
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью