Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskvada qocaman “qanuni oğru” saxlanılıb.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bu, İrəvandan Moskvaya gələn gürcüstanlı kriminal avtoritet Valiko Cedjeyadır. O, kriminal aləmdə "Valter" kimi tanınır.
80 yaşlı “Valter” uzun illər Monteneqroda yaşayıb, lakin vizasının müddəti bitdiyinə görə oradan ayrılmaq məcburiyyətində qalıb. O, həbs edilərkən cinayətkar statusu ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
1990-cı illərdə Valiko Cedjeya Uzaq Şərqdə, xüsusən də Saxalində narkotik ticarətinə nəzarət edib. “Qanuni oğru” Ermənistandan ikitərəfli pnevmoniya diaqnozu ilə Moskvaya təyyarə ilə göndərilib. O, əməliyyatdan sonra Rusiyanı tərk edəcəyinə söz verib.
Lakin onun barəsində artıq Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ("Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaq") ilə cinayət işi açılıb.
“AzPolitika.info”