Qohum evliliyi ilə mübarizəyə məktəblər də qoşula bilər | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ilin ilk 6 ayından sonra ölkəmizdə qohum evliliyi qanunvericiliklə qadağan ediləcək.
Mütəxəssislər bildirirlər ki, qohum evliliyi genetik xəstəliklərin artmasına və gələcək nəsillərin sağlamlıq problemləri ilə üzləşməsinə səbəb ola bilər.
Qanunvericilikdə isə qohum evliliyinə cəhd edənlər üçün hər hansı cəza nəzərdə tutulmayıb.
Ekspertlər bildirirlər ki, qanunların sərtləşməsi bəzi ailələri rəsmi nikahdan yayınmağa sövq edə bilər.
Azərbaycanda son illərdə vətəndaş nikahına marağın artdığı müşahidə olunur və yeni qadağaların bu tendensiyanı daha da gücləndirəcəyi ehtimal edilir.
Modern.az–a mövzu ilə bağlı şərh verən ekspertlər bildirir ki, məsələnin tənzimlənməsi üçün maarifləndirmə işi aparılmalıdır.
Mütəxəssislər bildiri ki, maarifləndirmə işi pərakəndə deyil davamlı həyata keçməlidir, bu səbəbdən hələ məktəblərə gender bərbaərliyi, erkən nikah, qohum evliliyi problemləri tədris olunmalıdır.
Tam oxu
Xəbəri oxu