Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskva Prokurorluğunun əməkdaşı Qalina Matuseviçin işi üzrə şok detallar üzə çıxıb.
O, bir müddət əvvəl əmisini gizlətməkdə ittiham edilərək həbs edilib.
Belə ki, prokurorun əmisi nişanlısı olan azərbaycanlı musiqiçini öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın prokurorun iddiasına görə, nişanlısı onu döyürmüş və o, əmisindən sadəcə onunla danışmağı xahiş edib.
Danışıq alınmadığı üçün qohumun güc tətbiqi nəticəsində ölüm baş verib.
Lakin prokurorluq əməkdaşının hadisədə birbaşa iştirakı ilə bağlı şübhələr aradan qalxmamışdı.
Son günlərdə ən ağır ehtimalların təsdiqləndiyi məlum olub. Hüquq-mühafizə orqanları iş üzrə tərəflərin danışıqlarının yazılarını əldə edib.