Qohumları tərəfindən işgəncə görən yeniyetmədən xəbər var

02.09.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan 14 yaşlı yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.

Bununla bağlı Bakupost.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra o, agentliyin müvafiq müəssisəsinə yerləşdiriləcək.

Xatırladaq ki, 14 yaşlı yeniyetmənin qardaşı 21 yaşlı F.Məmmədov bildirib ki, xalalarının qardaşına işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır və onlar atalarının etdikləridir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью