Icma.az, Fanat saytına istinadən bildirir. "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda FSCB ilə qarşılaşacaq.
Rıminiya təmsilçisi ilə görüş "köhlən atlar"ın avrokubok mübarizəsində "tamam, yoxsa davam" önəmi daşıyır.
"Qarabağ"ın veteran müdafiəçisi və Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu: "Qarabağ" üçün həyati əhəmiyyətli oyundur.
Komanda mütləq qələbə qazanmalıdır ki, pley-offda iştirak üçün şansı qalsın. Xal itkisi artıq şansın qalmaması anlamına gələcək.
"Styaua" çətin rəqibdir. Bakıya iddialı gəliblər. Rəqib düşərgədə rəhbərlik də, futbolçular da iddialı açıqlamalar verir.
Onlar "Qarabağ"dan çox xal toplayıblar, növbəti mərhələyə adlamağa daha yaxındırlar. Bizi maraqlı oyun gözləyir.
Düzdür, rəqibin hazırda necə oynaması barədə dəqiq fikir söyləməkdə çətinlik çəkirəm.