Qol duyumum geri qayıdıb Cud Bellingem

11.12.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə "Atalanta"nı 3:2 məğlub edən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem son oyunlarda məhsuldar göstəricilərlə diqqət çəkməsi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Qol duyumum geri qayıdıb. Bu, çox xoşdur. Ümid edirəm ki, daha artığına nail ola biləcəm. Ötən mövsüm çox şey əldə etsək də, bununla kifayətlənmək niyyətində deyilik. Bizdən nə gözlədiklərini bilirik. Əlbəttə, qələbə qazana bilmədiyimiz oyunlarda qolu kimin vurmasının ciddi önəmi qalmır".

Xatırladaq ki, Bellingem matçın 59-cu dəqiqəsində komandasının 3-cü qoluna imza atıb.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью