futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Alkmaar”dan Troy Perrotla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İrlandiyalı hücumçu ilə 5 illik müqavilə imzalanacaq.
İspaniya mətbuatının xəbərinə görə, “Betis” transer üçün Niderland klubuna 16 milyon avro ödəyəcək.
Perrot ötən mövsüm 48 oyunda 31 qol vurub, 12 məhsuldar ötürmə edib. O, İrlandiya yığmasının da üzvüdür.