Qol sevinci faciə ilə bitdi VİDEO

05.05.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Ekvadorun “LiqaPro” futbol çempionatında faciə hadisə baş verib. “Leones” komandasının hücumçusu Santyaqo Arrieta “İndependiente del Valle” ilə matçda vurduğu qolu qeyd edərkən ağır zədə alıb.

İdman.Biz xəbər verir ki, 19 yaşlı argentinalı futbolçunun diz bağları qırılıb. Müayinələr zamanı zədənin dərəcəsi məlum olub və gənc oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Santyaqo Arrieta bərpa prosesi üçün 9-12 ay müddətində futbol oynaya bilməyəcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью