Qol sevincinə görə meydandan qovuldu

25.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqasında qrup mərhələsinə start verilib.

Bakıvaxtı.azxəbər verir ki, B Liqası, III qrupda Avstriya – İsrail matçında qalmaqal yaşanıb. Belə ki, 20 yaşlı israilli hücumçu Səid Əbu Fərçi sevincinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub.

Linzdəki Raiffeisen Arenada oynanılan həlledici matçda Avstriya 43-cü dəqiqədə Romano Şmidin penalti qolu sayəsində fasiləyə 1-0 hesabı ilə başlayıb. İkinci hissəyə daha əzmkarlıqla başlayan İsrail 55-ci dəqiqədə Səid Əbu Fərçinin başla vurduğu qolla bərabərliyə imza atıb. Lakin onun qoldan sonrakı sevinci qalmaqala çevrilib. Əbu Fərçi küncdəki bayrağı çıxararaq, tribunaya silah atmağa bənzər bir jestlə qolunu qeyd edib.

Artıq sarı vərəqəsi olan gənc futbolçunun bu qol sevinci hakim Georgi Kabakovun diqqətindən yayınmayıb və o, tərəddüd etmədən Əbu Fərçiyə ikinci sarı vərəqə göstərərək onu meydandan qovub.

Qırmızı vərəqə səbəbindən komandasını yarımçıq qoyan və məğlubiyyətin əsas memarı olan Əbu Farçi növbəti rəsmi matçda oynaya bilməyəcək.

Qeyd edək ki, 10 nəfərlik rəqibinə qarşı təzyiqi artıran Avstriya, son dəqiqələrdə axtardığı fürsətləri tapıb. Ev sahibi komanda 90-cı dəqiqədə Filip Mvene və 90+3-cü dəqiqədə Sasa Kalaydziçin qolları ilə 3-1 hesabı ilə qalib gəlib.

Murad Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью