Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qol vurandan sonra huşunu itirdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Bayern" hazırlıq çərçivəsində keçirilən Telekom Kubokunda "Leyptsiq"i 3:1 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, Münhen klubunun üçüncü qoluna Jamal Musiala imza atıb. Lakin bundan bir neçə dəqiqə sonra futbolçu huşunu itirərək yerə yıxılıb.
"Bild" nəşrinin məlumatına görə, Musialanın huşunu itirməsinə isti hava səbəb olub. Futbolçunun səhhəti ilə bağlı ciddi problemin olmadığı bildirilib.
Qeyd edək ki, Musiala "Bayern"in heyətində 231 oyuna çıxıb, 69 qol vurub və 45 məhsuldar ötürmə edib.
"Bayern" növbəti oyununu avqustun 22-də Almaniya Superkubokunda Dortmund "Borussiya"sına qarşı keçirəcək.