Qol vurmaq istəyərkən ikisi birdən zədələndi

28.11.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın “Betis” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Utrext”lə (Niderland) matçda kuryoz halla üzləşib.

“Qafqazinfo” xəbər verir ki, İspaniya klubunun aparıcı üzvləri İsko Alarkon və Sofian Amrabat zədə səbəbindən erkən əvəzlənməli olublar.

Belə ki, matçın 3-cü dəqiqəsində S.Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.

Qeyd edək ki, “Betis” - “Utrext” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью