“Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu”

26.04.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Son oyunda soyuqanlıq, zərbələrdə dəqiqlik çatmadı. Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Misli Premyer Liqasının 31-ci turunun “Şamaxı” ilə matçı barədə danışan futbolçu bildirib ki, ələ düşən fürsətlərdən istifadə edilsəydi, hesab başqa cür olardı: “Şamaxıdakı görüş bizim üçün olduqca vacib idi. Turnir cədvəlində 7-ci yer uğrunda mübarizədə əhəmiyyət daşıyırdı. Qalib gəlsəydik, irəliləyəcəkdik. Ona görə ciddi hazırlaşmışdıq. Məncə, pis oynamadıq, baxmayaraq ki, uduzduq. Komanda olaraq mübarizəmiz yaxşı alındı, sadəcə, qol vəziyyətlərini boşa verdik”.

Səmədov onu da deyib ki, “Səbail” ilə arada olan 8 xallıq fərq onlarda arxayınlıq yaratmır: “Çempionatın finişinə 5 tur qalmış 8 xallıq fərq az deyil. Açıq danışmaq lazımdır. Amma bu, bizə rahatlıq vermir. Futboldur, hər şey ola bilər. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını edib xal ehtiyatını artırmalıyıq. Ciddiyətimizi qorumalıyıq. Mümkünsüz heç nə yoxdu. Daha yuxarı yerlərə qalxa bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью