Qol vursun deyə gətirilənlər…

05.11.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasında klubların yay transfer dönəmində heyətinə qatdığı oyunçuların hamısı ümidləri doğrulda bilmir.

FutbolPress“in məlumatına görə, qol ümidi ilə komandalara cəlb olunan hücumçular qol vurmaq bir yana, heç şans qazana bilmirlər.

“Sabah”a böyük ümidlərlə cəlb edilən Neqoş Kupuşoviç qolu unudanlardandır. Forvard bu mövsüm cəmi 8 oyunda 78 dəqiqə şans qazanıb və qol vura bilməyib. Serbiyalı hücumçu əvəzində bir məhsuldar ötürmə ilə yadda qalıb. Neqoş Premyer Liqada isə 12 turda cəmi 6 dəfə meydana çıxıb və qol hesabını aça bilməyib.

“Sumqayıt”ın braziliyalı transferi Fernando Medeyros da passivlərin sırasındadır. Samir Abasovun dövründə daha çox şans qazanan futbolçu Vaqif Cavadovun baş məşqçi postuna gəlişindən sonra ehtiyat qüvvəyə çevrilib. Gözləntilər yüksək olsa da, Medeyros “kimyaçılar”da 7 oyunda cəmi 1 qolla yadda qalıb.

“Şamaxı”dan Conatan Benteke də qol siftəsini edə bilməyənlərdəndir.

Azərbaycan klublarının transfer siyasətləri daim tənqid edilən mövzulardandır. Bir-iki komanda çıxmaqla oyunçu seçimlərində yanılmayan kollektiv demək olar, yoxdur. Yanılanların ön sırasında isə “Neftçi” dayanır. Yayda transfer edilən Ramil Şeydayev, Dembo Darbo iki nəfərə cəmi 5 qol vurublar. “Neftçi” kimi komandanın forvardlarının məhsuldarlığının aşağı olması nəticələrə də təsirini göstərir. Əvvəl Qriqorçuk, indi Samir Abasov realizasiya problemindən şikayətlənir. Lakin qol yollarında əsas yük sahibi hücumçuların passivliyi davam edəcəyi halda, nəticələ də ürəkaçan olmayacaq.

Böyük beşlik, Əsas xəbərlər Premyer Liqa: “Fulhem”dən geridönüş

5 Noyabr 2024, 2:03

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada son 8 mövsümün antirekordu

4 Noyabr 2024, 14:00

Əsas xəbərlər, Premyer liqa Premyer Liqada 12 tur sonra TURNİR CƏDVƏLİ

3 Noyabr 2024, 23:48

Böyük beşlik, Əsas xəbərlər “Çelsi” və MS dayandı, MY-dən 5 qollu qələbə

31 Oktyabr 2024, 8:26

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Premyer Liqada autsayder, kubokda…

30 Oktyabr 2024, 10:06

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan Kuboku: APL klublarından darmadağın

29 Oktyabr 2024, 20:15

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью