Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya” ilə heç-heçə edən “Fənərbaxça”nın futbolçusu Matteo Genduzi oyunun ən yaxşısı seçilib.
Apasport.az xəbər verir ki, bu qərar İstanbul təmsilçisinin azarkeşlərinin narazılığına səbəb olub.
Belə ki, Genduzi qarşılaşmanın 15-ci dəqiqəsində Provodun vurduğu qola səbəb olan səhvə yol verib. Buna baxmayaraq, UEFA fransalı yarımmüdafiəçini matçın ən yaxşı futbolçusu seçib.
Qeyd edək ki, komandalar arasında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. İstanbul klubunun heyətində Oğuz Aydın və Meyson Qrinvud, qonaqlardan isə Lukas Provod və Pavel Kaçor fərqləniblər.
Sergen Yalçın rəsmən Türkiyə millisində Leao İstanbul derbisini buraxacaq “Sabah” - “Borussiya” matçı bu kanalda - TV AFİŞA “Siti”də ciddi itki - 2 ay oynamayacaq Musialanın yaşıl meydanlara qayıdacağı vaxt bəlli olub