Qolan Təpələrində Qazaxıstan sülhməramlıları: vəziyyət gərgin, lakin sabitdir AZƏRTAC

09.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 9 dekabr, AZƏRTAC

Qazaxıstan sülhməramlılarının xidmət etdiyi Qolan Təpələrindəki (UNDOF) BMT missiyasının məsuliyyət zonasında vəziyyət gərgin olsa da, sabit kimi qiymətləndirilir.

AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, missiyanın şəxsi heyəti funksiyaları mandata uyğun olaraq yerinə yetirir.

“BMT-nin Müşahidəçi Qüvvəsinin səlahiyyətli rəsmiləri həm Suriya, həm də İsrail tərəflərinin nümayəndələri ilə daimi əlaqə saxlayırlar. Sülhməramlıların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Qazaxıstan Müdafiə Nazirliyi vəziyyətin inkişafını izləyir və Qolan təpələrində yerləşən Qazaxıstan hərbi qulluqçuları ilə daimi əlaqə saxlayır. Ehtiyac yaranarsa, missiya komandanlığının təklifi ilə missiyanın təxliyəsi məsələsinə BMT rəhbərliyi tərəfindən baxılacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью