Qolan təpələrindəki İsrail kazarmalarına hücum edildi

25.03.2026

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hizbullah" təşkilatı Qolan təpələrində İsrail kazarmalarına raket hücumu həyata keçirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə təşkilatın hərbi informasiya xidməti məlumat yayıb.

Bildirilib ki, İslam Müqaviməti döyüşçüləri Qolan təpələrindəki Kailaadakı artilleriya alayının kazarmalarına hücum ediblər: "Birbaşa zərbə nəticəsində düşmən qüvvələrinə ziyan dəyib".

Günün ikinci yarısında "Hizbullah"ın bölmələri tərəfindən buraxılan dronlar Yuxarı Qalileyada yerləşən Kerem Ben Zimradakı İsrail hərbi logistika bazasına, eləcə də Merondakı hava əməliyyatları və elektron müharibə mərkəzinə zərbələr endirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью