Qolden Steyt NBA tarixində 5 ci olub

26.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Qolden Steyt Uorriorz" klubu NBA tarixinə düşüb.

İdman.biz xəbər verir ki, San-Fransisko təmsilçisi turnirdə 3 min qələbə qazanan 5-ci komanda olub.

"Döyüşçülər" bu uğura "Şarlott Hornets"lə (128:92) görüşdə imza atıblar.

NBA-da 3000 qələbə qazanan komandalar
1. "Boston Seltiks" - 3,676 qələbə.
2. "Los-Anceles Leykers" - 3,585.
3. "Filadelfiya Siksers" - 3,121.
4. "Nyu-York Niks" - 3,011.
5. "Qolden Steyt Uorriorz" - 3,000.

Qeyd edək ki, "Qolden Steyt" müntəzəm çempionatda 58 oyunda 31 qələbə qazanıb və 27 dəfə uduzub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью