Qolf meydanında kuryoz hadisə, oyun yarımçıq dayandırıldı

11.08.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Koreyanın Çeçju adasında qolf oyunu zamanı kuryoz hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində meydanda vəhşi qaban görünüb.

Dərhal iştirakçılar polis və mühafizəçilərin köməkliyi ilə ərazidən uzaqlaşdırılıb. 

Doğrudur, qaban insanlara qarşı aqressivlik nümayiş etdirməyib. Amma 100 kiloqramlıq vəhşi ilə bir yerdə qalmağın çox təhlükəli olduğunu hamı bilir. Az sonra əraziyə cəlb olunan ovçular qabanı güllələyərək zərərsizləşdiriblər. 

Yeri gəlmişkən, yarımçıq qalan oyun davam etdirilməyib və nəticələr ləğv olunub.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью