Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1-ci liqada “Ayın qolu” layihəsi çərçivəsində oktyabrın ən yaxşı qolunun müəllifi sayılan “Difai Ağsu”nun oyunçusu Emil Quluzadənin mükafatlandırıldığını xəbər vermişdik.
Onun mükafatla bağlı fikirləri: “İndiyə qədər U-16 və U-17 liqasında çempionatın bombardiri və U-14 liqasında Azərbaycanın ən yaxşı oyunçusu adını qazanmışam.
Qolların gözəlliyinə xüsusi diqqət yetirmirəm. Əsas komandama verə biləcəyim faydadı. Təbii ki, uğur qazanmağıma sevinirəm”.
ƏSƏD SEYİDOV Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.