Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bavariya"nın hücumçusu Harri Keyn son oyunlarda nümayiş etdirdiyi məhsuldarlıqla gündəmə gəlib.
QOL.az xəbər verir ki, futbolçu Münhen klubunun heyətində çıxdığı son altı matçda rəqib qapılarına ümumilikdə 9 qol vurub. Keyn Bundesliqanın 23-cü turunda bu gün baş tutan "Ayntraxt" (Frankfurt) üzərində qazanılan qələbədə (3:2) dubl edərək bu seriyanı davam etdirib.
Təcrübəli hücumçu bundan əvvəl "Hoffenhaym" (5:1) və "Verder" (3:0) ilə görüşlərdə də hərəsində iki qol vurmaqla yadda qalıb. O, həmçinin PSV (2:1), "Hamburq" (2:2) və "RB Leypsiq"lə (2:0) matçların hər birində bir dəfə fərqlənib.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə "Bavariya"nın heyətində 36 oyuna çıxan Keyn 43 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.