Qolu qeydə alan hakimi alnından öpdü VİDEO

15.04.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Misir Liqasında oynanılan "N. Bank Egypt" - "Al Mokawloon" matçı qəribə hadisə ilə yadda qalıb.
Bizim.Media xəbər verir ki, oyunun 78-ci dəqiqəsində meydan sahibləri Usama Faysalın qolu ilə 2:1 önə keçib. Əvvəlcə oyundankənar vəziyyətin olduğu bildirilsə də, VAR-ın 3 dəqiqəlik yoxlaması nəticəsində qol qeydə alınıb.
 

Hakimin qərarı elan etməsindən sonra "N. Bank Egypt"in futbolçusu Əhməd Əmin Oufa hakimin alnından öpüb.


Onun bu hərəkəti referi tərəfindən təəccüblə qarşılansa da, futbolçuya heç bir vərəqə göstərilməyib.
Qeyd edək ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 

Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью