Qolum təkər rəngində idi

17.07.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Kübra Əliyevanın səhhətində yenidən problem yaranıb.

Milli.Az xəbər verir ki, aktrisa bu haqda "Elgizlə izlə" verilişində deyib. O, bildirib ki, iki dəfə yıxılıb və bu, onun səhhətində problem yaradıb:

"İki dəfə yıxıldım. Hər dəfə mənə böyük zərbələr dəydi. Birinci dəfə yıxılanda yeriyə bilmədim. Oğlum Ayaz məni addım-addım gəzdirib, xəstəxanaya apardı. Sonra isə yıxıldım və qolum nə günə düşdü. Təsəvvür edin qolum təkər rəngində idi. Bu yaxınlarda isə pilləkəni qalxanda gördüm ki, sağ ayağımı qaldırıram, amma sol qalxmır. Getdim reabilitasiya mərkəzinə, məni sağaltdılar".  (Axşam.az)

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью