Qolunu oyun personajına həsr etdi

29.11.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qolunu oyun personajına həsr etdi

“İnter”in hücumçusu Markus Türam İtaliya A Seriyasının 13-cü turunda “Cenoa” ilə matçda (4:0) vurduğu qollardan birini “GTA 6” oyununun personajı "Lusiya"ya həsr edib.

QOL.az xəbər verir ki, Fransalı futbolçu 54-cü dəqiqədə vurduğu qoldan sonra barmaqları ilə “L” hərfini göstərib. Daha sonra o, sosial şəbəkə hesabında qol sevincinin fotosunu paylaşaraq şəklə “Lucia” yazıb, ürək emojisi əlavə edib. O, həmçinin “Rockstar Games” şirkətinin rəsmi hesabını və Lusiyanın fan səhifəsini işarələyib.

Qeyd edək ki, “İnter” – “Cenoa” görüşü “San-Siro” stadionunda keçirilib. Meydan sahiblərinin qollarını Lautaro Martines (29), Türam (40, 54) və Petar Suçiç (45+3) vurublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью