Qonaq getdiyi evdə faciəvi şəkildə ölən 23 yaşlı Namiqin FOTOsu

03.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Şəmkir rayonunda yanıq xəsarətləri alan şəxs vəfat edib.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, martın 21-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Tovuz rayon sakini, 23 yaşlı Namiq Fazil oğlu Yusifov (2002) ölüb.

Qeyd edək ki, hadisə Şəmkir rayonunun Tatarlı kəndində baş verib. Tanışının evinə qonaq gələn şəxs fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobada baş vermiş ani alışma səbəbindən yanıq xəsarətləri alıb. Yaralı ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına oradan isə Bakı şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib.

Şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

O, yerləşdirildiyi xəstəxanada vəfat edib.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью