Qonaqlardan inamlı qələbə

21.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Basketbol Liqasının 8-ci turunda daha bir görüş keçirilib.

Fanat.Az xəbər verir ki, B qrupunda "Lənkəran" evdə "Quba" ilə qarşılaşıb.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 89:60 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün A qrupunda keçirilən "Sabah" - "Abeşron" qarşılaşması Rimas Kurtinaytisin rəhbərlik etdiyi komandanın 94:71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qrupun dünən baş tutan “Neftçi” - NTD görüşündə isə "ağ-qaralar" qələbə qazanıb - 81:68. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu” və “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью