Qonaqların qənimi Qarabağ İdman və Biz

17.12.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XVII turunda "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edən "Qarabağ" məhsuldar seriyasında rekorda imza atıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu son 5 ev oyununda üç və ya daha çox top fərqi ilə qalib gələn üç komandadan biri olub.

Hazırda dünya klubları arasında yalnız "Brentford"la "York Siti" analoji seriyaya malikdir. "Qarabağ"ın şərikləri İngiltərənin fərqli liqalarında oynayırlar. "Brentford" Premyer Liqada, "York Siti" isə ölkəsinin 5-ci divizionunda qonaqlara aman vermir.

"Qarabağ" seriyaya "Neftçi" ilə matçda 4:0 hesablı qələbə ilə başlayıb. Ardınca ağdamlılar "Sabah"ı 3:2, "Şamaxı"nı 3:0, "Zirə"ni 4:0, "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Premyer Liqanın lideri növbəti ev görüşünü dekabrın 22-də ən yaxın izləyicisi "Araz-Naxçıvan"a qarşı keçirəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью