Qondarma rejimdən mesaj: Boş xülyadır!

08.06.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gürcüstanın Abxaziyanı geri qaytarmaq arzusu boş xülyadır”.

Globalinfo.az xəbər verir ki, bunu Abxaziyanın xarici işlər naziri Oleq Bartsits “RİA Novosti” nəşrinə verdiyi müsahibədə deyib.

Nazir bildirib ki, Tiflisin bu istəyi utopiyadan başqa bir şey deyil:

“Gürcüstan siyasi elitasının bir hissəsi hələ də regionun itirilməsi ilə barışmaq istəmir. Lakin bəzi ağıllı siyasətçiləri başa düşürlər ki, Abxaziya geri qayıtmayacaq, sadəcə bunu açıq demirlər”.

Qeyd edək ki, 1992–1993-cü illər müharibəsindən sonra Abxaziya müstəqilliyini elan edib və 2008-ci ildə Rusiya tərəfindən tanınıb. Abxaziyanın müstəqilliyini Rusiya ilə yanaşı, Nikaraqua, Venesuela, Nauru və Suriya da tanıyıb.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью