Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Türkiyənin məşhur “Kızılcık şerbeti” serialında 4 mövsüm ərzində Sönmez obrazını canlandıran Aliye Uzunatağan layihədən ayrılmasının səbəbi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa serialdan ayrılması ilə bağlı yayılan “ödəniş məsələsində razılaşa bilmədilər” iddiasına aydınlıq gətirib.
“4 il ağzımı açmadım, nə verdilərsə, razılaşdım. 5-ci mövsümdə isə qonorarımın artırılmasını istədim. Bunu tələb edəndə obrazı öldürdülər”, - aktrisa bildirib.
A.Uzunatağanın sözlərinə görə, serialın son səhnəsi çəkilərkən ona “huşunu itir” deyilib. Lakin o həmin anda bunun Sönmez obrazının serialdan çıxarılması ilə nəticələnəcəyini anlayıb. Aktrisa bildirib ki, hər mövsümün sonunda canlandırdığı obrazın başına müxtəlif hadisələr gətirilirdi və bu səbəbdən serialdan çıxarılma ehtimalını düşünürdü.
Uzunatağanın bu açıqlaması “Kızılcık şerbeti” izləyiciləri arasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, 2022-ci ilin oktyabrından yayımlanan “Kızılcık şerbeti”nin artıq 5-ci sezonu çəkilir. Serial təkcə mövzusu ilə deyil, eyni zamanda səhnə arxasında baş verən qalmaqallı məsələlərlə də tez-tez gündəmə gəlir. Hazırda baş rolları Emre Dinler (Fatih) və Seray Kaya (Başak) canlandırır.