Qonsalo Qarsiya “Fulhem”ə keçir

30.07.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Real” futbol komandasının hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

İdman.Biz COPE-yə istinadən xəbər verir ki, “Fulhem” Qonsalo Qarsiyanın transferi ilə bağlı “Real”la razılığa gəlib. London təmsilçisinin futbolçu üçün 70 milyon avro (136 milyon AZN) ödəyəcəyi bildirilir.

Qarsiyanın transferi “Fulhem”in baş məşqçisi Alvaro Arbeloanın əsas istəklərindən biri olub. İspaniyalı mütəxəssis daha əvvəl “Real” sistemində birlikdə çalışdığı hücumçunu yeni komandasına gətirməkdə maraqlı idi.

Qeyd edək ki, Qonsalo ötən mövsüm “Real”ın əsas komandasında bütün turnirlərdə 39 oyunda iştirak edib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilədək nəzərdə tutulub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью