Qonşu dövlətlərdə baş verənlər Naxçıvana təsirsiz ötüşmür

02.02.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikası bu gün üç dövlətin sərhədində yerləşir. Və o dövlətlərdə baş verən hadisələr istər-istəməz Naxçıvan Muxtar Respublikasına da təsirsiz ötüşmür.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O baxımdan bu gün burada Naxçıvanın statusu, müdafiəsi, gələcəkdə baş verən hadisələrdə hansı addımların atılması ilə bağlı fikir mübadiləsi aparmalıyıq.

Komitə sədri bildirib ki, əsas məsələrdən biri Naxçıvandan digər ölkələrə keçən dəmir yolu xəttidir və bu baxımdan da mühüm layihənin reallaşdırılması üçün Naxçıvan Muxtar Respublikasına əlavə dəstək, bu yolların yenilənməsi və Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsinin qurulması, o cümlədən Ermənistana gələcəkdə gedəcək yolların təmin olunması da tənzimlənməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью