Qonşu ölkədə 30 məhbus öldü

29.09.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Böyük Tehran zindanında həkim çatışmazlığı səbəbindən onlarla məhbus ölüb. 

News24.az xəbər verir ki, bu barədə İranın "Didban-e Iran" saytı məlumat yayıb. 

Böyük Tehran zindanında son bir il ərzində təxminən 30 məhbus tibbi yardımın gecikməsi və mütəxəssis həkim çatışmazlığı səbəbindən həyatını itirib.

Məlumat mənbəyi kimi həbsxanadakı məhbuslara istinad edən sayt bildirib ki, həkim və tibbi xidmətlərin çatışmazlığı xüsusilə həbsxananın 5-ci bölməsində böhran səviyyəsindədir. 

Məlumatda həlak olan məhbusların kimliyi açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью