Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. Rusiyanın Komsomolskoye-on-Amur bölgəsində məhkəmə 2 yaşlı qızını acından öldürən 27 yaş
BAKU.WS xəbər verir ki, bu barədə "Shotə teleqram kanalı məlumat yayıb.
Məlumata görə, müttəhimlər Pionerskaya küçəsində yerləşən evdə yaşayırdılar.
Qadın yarım ştatda təmizlikçi, kişi isə tikinti sahələrində fəhlə və spirtli içki bazarında satıcı işləyirmiş.
Qızları dünyaya gələndən sonra normal həyat sürməyə çalışsalar da, bacara bilməyiblər.
Qeyd olunur ki, oktyabrın sonunda uşağın çəkisi 10 kiloqramdan az olub. O, çətinliklə hərəkət edirmiş. Uşaq ayın sonunda həyatını itirib.
O, valideynlərinin qohumları tərəfindən aşkarlanıb. Daha sonra əraziyə təcili yardım və polis çağırılıb. Cütlük saxlanılıb.
Cütlük əvvəlcə polisləri unandırmağa çalışıb ki, uşaq uzun sürən xəstəlik səbəbindən vəfat edib.