Qonşu ölkədə DƏHŞƏTLİ QƏZA: 10 nəfər öldü, 17 nəfər yaralandı

21.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın qərbindəki Lüristan əyalətində sərnişinləri daşıyan avtobus dağ dərəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Qəza nəticəsində on nəfər ölüb, on yeddi nəfər yaralanıb.

Təcili yardımdan verilən məlumata görə, qəza Andişmek və Poldoktar şəhərləri arasındakı magistral yolda, Paalam bölgəsində baş verib.

Xəsarət alanlar arasında ağır yaralananlar da var. Zərərçəkənlər yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.

İlkin məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün sürət həddini aşması və idarəetməni itirməsi ola bilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın baş vermə səbəblərini araşdırır.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью