Icma.az, Milli.az saytına istinadən bildirir.
Qazaxıstanın Almatı şəhərində baş verən yanğın nəticəsində biri azyaşlı olmaqla beş nəfər həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə yerli "Zakon.kz" nəşri şəhərin Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.
Yanğın noyabrın 26-na keçən gecə şəhərin Bostandık rayonunda baş verib.
"Hadisə yerində biri azyaşlı olmaqla beş nəfərin meyiti aşkarlanıb", - qurumdan bildirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)