Qonşu ölkədə güclü zəlzələ oldu

18.07.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

İranın Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 4:46-da meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4.7 bal gücündə zəlzələ olub.

Milil.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью