Qonşu ölkədə paytaxt dəyişdirilir

20.11.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında İslam respublikasının paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, prezident planın hazırlanmasına məsul vəzifəsini birinci müavini Məhəmməd Rza Arifi təyin edib.

"Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər", - Pezeşkian qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью